Qurban Qurbanov: "Rəqibin ilk qolunda ofsayd var idi"

Çempionlar Liqasında II təsnifat mərhələsinin “Qarabağ” – “Sürix” (3:2) oyunundan sonra təşkil edilən mətbuat konfransında Azərbaycan klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Maraqlı oyun oldu. Çoxlu qol izlədik. Yaxşı mübarizə və açıq oyun var idi. Futbola aid hər şeyi gördük. Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Yaxşı komandaya qarşı oynayırdıq. Ancaq çəkinmədik və rəqibin üzərinə getməyə çalışdıq. Azarkeşlərimiz həmişəki kimi möhtəşəm idi. Hər birinə təşəkkür edirəm.

- Şahruddin Məhəmmədəliyev möhtəşəm oynasa da, sona səhv etdi. Toral Bayramov isə sanki avrokuboklara hazır deyil...
- Futbolçuların yerində olmaq heç də asan deyil. Həmişə düzgün qərar vermək çətindir. Şahruddinlə bağlı, səhv deməzdim. Bəlkə, təcrübəsinə görə bir az tələsməyə bilərdi. Bu gün ondan narazılığımızı bildirə və ya Toralın təcrübəsizliyindən danışa bilmərik. Penalti qarışıq epizod idi. Dəqiq baxmaq lazımdır. Qınayası bir şey yoxdu. Toral nə sürətdə, nə mübarizədə kiməsə uduzdu. Cərimə meydançasında hücumçu həmişə üstündür. Belə xırda texniki səhvləri aradan qaldırmaq asandır. Futbolçularıma güvənim həddən artıq çoxdur.

- Komanda iki oyunda 25 künc zərbəsindən qol vura bilməyib. Bu, sizi narahat etmir?
- Deməzdim. Özəl künc zərbələrimiz var. Standart vəziyyətlər üzərində həddən artıq çalışan nadir komandalar var. Bəlkə, bunu yaxşılaşdırsaq olar. Ümumən, bunun üzərində az işləmirik. İnşallah, vacib bir oyunda standartdan qol vurarıq. Rəqibi də nəzərə almaq lazımdır. Standartlarda yaxşı idilər. Bəzi elementlərdən biridir ki, yaxşılaşdırmaq olar.

- Rəqib ikinci hissədə diaqonal paslara üstünlük verdi, bu da komandanın müdafiə olunmasında çətinliklərə səbəb oldu.
- Belə oyun qurub-qurmayacaqlarını bilmək olmazdı. Oyunun gedişində hər elementə hazır olmalı olduğumuzu demişdim. Əvvəlki oyunlarda irəlidə üç hücumçu qalırdısa, bu gün iki oyunçu öndə idi. Futbol belə elementlərin üzərində qurulub. Ola bilər, hansısa epizodda diqqətsiz olarsan, bu, rəqibin işinə yarayar. Burda “Sürix”i daha yaxından tanıdıq. İmkanımız var ki, detallı analiz edək.

- Rəqib baş məşqçi şansları 50:50-yə hesab edir. Sizcə, bu real yanaşmadır?
- Mən də “Lex”lə ilk oyundan sonra şansları 50 faiz saymışdım. Normal yanaşmadır. Bir az özünəinam da ola bilər. Özünəinam bizdə də var. Ora məğılub olmaq və ya hesabı qorumaq üçün getməyəcəyik, hücum etmək istəyəcəyik.

- İkinci hissənin 15 dəqiqəsini rəqib hücumda keçdi. Buna siz imkan verdiz?
- Rəqib uzun ötürmələrlə oynayırdı. Buna görə hücumda olduqları görünə bilər. Amma bizı yenə də rəqib meydanında idik.

- “Lex”lə hər iki oyunda və bu gün komanda 90 dəqiqə hücumameyilli oynayırdı. Əvvəllər belə bir şey görməmişdik...
- Əvvəllər bu qədər olmaya bilər. Amma indi komandanı belə qurmaq istəyirik. Müdafiə düşüncəsini futbolçulardan uzaqlaşdırmaq istəyirik. Müdafiəni rəqib zonasında qurmağa üstünlük vermişik. Amma hücum edərək düzgün müdafiə olunmaq istəyirik. Ola bilər, təcrübə çoxaldıqca bunu daha inamlı edirlər.

- Rəqibin ilk qolunda oyundan kənar vəziyyət var idi?
- Baxdım. Oxşadı. Olduğunu demək olar. Belə hallar olur. Deyəcək bir şey yoxdur.

- Vadji bu gün iki qol vurdu. Bu, ona nə qədər motivasiya verəcək?
- Çox işgüzar futbolçudur. Bəzən texniki səhvləri ola bilər, amma faydalı iş əmsalı çoxdur. Hər qol, qalibiyyət futbolçuya böyük inam verir və özünü düzgün, rahat idarə etməyə kömək olur. Məncə, ona inam verəcək. Bunun Vadji üçün faydalı olmasına inanmaq istəyirəm.

- Rəqib baş məşqçi ədalətli nəticənin heç-heçə olmalı olduğunu söylədi...
- Bizim real qol epizodlarımız daha çox oldu. Nəticəyə normal baxıram. 3:2 qalib gəlmişiksə, deməli, üstünlük bizdə idi.

- Rəqib hansı dəyişikjlikləri etdi ki, onlar ikinci hissədə 2 qol vurdular...
- Qollara baxsaq, fərdi səhvlər oldu. Sadəcə, rəqibin təzyiqi artdı, irəli çıxmağa başladılar. Hiss olundu ki, qalib gəlməkm lazımdısa, hücum edəcəklər. Buna hazır olacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right