Kadidən qələbə şərhi: "Yaxşı çıxış etdik"

"Qarabağ"ın futbolçusu Kadi Borqes Çempionlar Liqasının II təsnifat mərhələsində "Sürix"i məğlub etdikləri ilk oyundan sonra fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, "CBC Sport"a danışan braziliyalı yarımmüdafiəçi 3:2 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

"Həm ötən, həm bu oyunda komanda yaxşı çıxış etdi. Məşqdə etdiklərimizi oyunda göstərməyə çalışırıq. Hər oyun fərqlidir. Məşqlərdə çalışırıq. Müəyyən planlarımız var ki, həyata keçirməyə çalışırıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right