"Qarabağ" - "Sürix" matçına bilet qalmadı

"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyununda İsveçrənin "Sürix" klubunu qəbul edəcək.

 

Newsport.az xəbər verir ki, bu qarşılaşmaya azarkeşlərin marağı çoxdur. Ağdam təmsilçisinin mətbuat xidmətindən aldığımız məlumata görə, matç üçün satışa çıxarılan biletlərin hamısı satılıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Sürix" görüşü saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right