"Qarabağ" "Sürix"i məğlub etdi Yenilənib

Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə ilk oyununa çıxıb. 

Newsport.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu iyulun 27-si İsveçrədə olacaq.

Cütün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) / "Slovan" (Bratislava, Slovakiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün zəifi ilə görüşəcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

İlk oyun

"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) 3-2

Qollar: Kadi Borges, 17, İbrahima Vadji, 36, 66 - Lindrit  Kamberi, 65, Mirlind Kryeziu, 85

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (Bosniya və Herseqovina)

Tofiq Bəhramov adına Respublika Stadionu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right