"Qarabağ"ın oyununa cəmi 3 min 500 bilet qalıb

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə evdə keçirəcəyi oyuna maraq çoxdur. 

Bu barədə Newsport.az saytına klubun mətbuat xidmətindən məlumat verilib. Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş üçün kassalarda cəmi 3 min 500 bilet qalıb.

Qeyd edək ki, sözügedən oyun saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü 1 həftə sonra İsveçrədə olacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right