Mahir Emrelinin komandasının ÇL-dəki potensial rəqibi bəlli oldu

UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az xəbər verir ki, milli komandamızın forvardı Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Şimali Makedoniyanın "Şkupi" komandasına qalib gələrsə, üçüncü mərhələdə "Ludoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan çempionu "Qarabağ" "Sürix"i mübarizədən kənarlaşdırsa, üçüncü mərhələdə "Ferentsvaroş" - "Slovan" cütünün qalibi ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right