Ozobiç: "Minimum planımız UEFA miqyaslı istənilən turnirin qrup mərhələsinə vəsiqə qazanmaqdır"

"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç Xorvatiya mətbuatına danışıb.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi Ağdam klubunun avrokuboklardakı hədəfləri barədə fikirlərini bildirib:

"Hazırkı minimum planımız UEFA miqyaslı istənilən turnirin qrup mərhələsinə vəsiqə qazanmaqdır. Lakin bu turnirin Çempionlar Liqasının olmasını istədiyimiz aydındır. Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" bir mövsüm oynayıb. Bu, mənim komandaya gəlişimdən əvvəl baş verib. Özüm də əvvəllər Rusiya "Spartak"ında ikən Çempionlar Liqasında oynamışam. Həmin vaxt 18 yaşım var idi. Amma arzumu komandanın əsas oyunçularından biri kimi həyata keçirmək istəyirəm".

"Qarabağ"la müqaviləsi mövsümün sonunda başa çatacaq Filip gələcəyi haqda danışmağının tez olduğunu söyləyib: "Hələlik sağlamam və qalan hər şey tədricən gələcək. "Böyük beşlik"də özümü sınamaq istərdim, amma "Qarabağ"ın mənə uyğun olduğunu da bildirməliyəm. Bir ildən sonra nələrin olacağını demək hələlik tezdir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right