"Qarabağ" - "Sürix": biletlər satışa çıxarılır

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Sürix” görüşünün biletləri iyulun 15-i saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

​"Qarabağ" - "Sürix" matçı iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı iyulun 27-də İsveçrədə olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right