"Qarabağ" - "Sürix" matçının hakimləri bəlli oldu

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Sürix" ilk oyununun təyinatları açıqlanıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim İrfan Pelto olacaq. Ona yan xətlərdə Senad İbrisimbeqoviç və Davor Belyo kömək göstərəcək. Dördüncü hakim funksiyasını Miloş Giqoviç yerinə yetirəcək.

İyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right