“Qarabağ”ın 3-cü raunddakı potensial rəqibləri bilindi Çempionlar Liqası

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu 2-ci mərhələdə “Sürix” səddini keçsə, növbəti mərhələdə də səpələnmişlər sırasında yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandası nisbətən zəif çempionlardan biri ilə qarşılaşacaq. 

"Qarabağ" 4 cütdən biri ilə və ya Kiprin "Apollon" (Limassol) klubu ilə üz-üzə gələcək.  "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi "Qarabağ"a rəqib olmayacaq.

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi

Səpələnmişlər

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya)

"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) cütünün qalibi

HİK (Finlandiya) - "Viktoriya" (Plzen, Çexiya)

"Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)

"Jalgiris" (Litva) - "Malmö" (İsveç)

Səpələnməmişlər

"Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya)

"Maribor" (Sloveniya) - "Şerif" (Moldova)

"Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç)

"Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya)

"Apollon" (Limassol, Kipr)

"Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)

Qeyd edək ki, Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü iyulun 18-də atılacaq.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right