Mahirin komandası 2-ci mərhələdə bu komanda ilə qarşılaşacaq

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cütlükləri müəyyənləşmək üzrədir.

Newsport.az-ın məlumatına görə, ötən gecə millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dİnamo"sunun da 2-ci mərhələdki rəqibi dəqiqləşib.

Xorvatiya təmsilçisi “Şkupi” ilə qarşılaşacaq. Şimali Makedoniya klubu ilk mərhələdə “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdırıb. “Şkupi” cavab görüşündə 0:2 hesabı ilə uduzsa da, evdə 3:0 hesabı ilə qalib gəldiyindən mərhələ adlayıb. 

Komandalar arasında ilk oyun iyulun 19-da Zaqrebdə, ikinci matç bir həftə sonra Skopyedə olacaq.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right