"Bu nəticəni biabırçılıq adlandırmaq olar" - "Lex"in futbolçusu

Polşa "Lex"inin kapitanı  Radoslav Muravski Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları cavab oyununu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, matçdan sonra deyib:

"Biz Bakıya gələndə bilirdik ki, öz ərazisində çox keyfiyyətli komanda ilə qarşılaşacağıq. Ona görə də rəqibin üstünlük təşkil etməsi baxımından bu görüşün ssenarisi proqnozlaşdırılan idi. Bununla belə, ilk dəqiqədə qol vurduq və göstərdik ki, bu oyunda müdafiə olunmaq fikrində deyilik. İkinci hissədə meydanda baş verən hadisələrə nəzarəti itirdik, ötürmələrdə keyfiyyətimiz yox idi, sadə səhvlərə də yol verdik və ən çox bu, bizi məyus edir. Çünki buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi. 1:5 hesablı məğlubiyyəti təəssüf ki, biabırçılıq adlandırmaq olar. Bu bizim başımıza gəlməməli idi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right