"Qarabağ" "Lex"lə matça ciddi itki ilə çıxa bilər

"Qarabağ" Çempionlar Liqası I təsnifat mərhələsinin "Lex"lə cavab oyununa ciddi itki ilə çıxa bilər.

Newsport.az-ın məlumatına görə, Qara Qarayev Ağdam təmsilçisinin vacib matçını buraxa bilər. Bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında məlumat verib:

"Qara Qarayev məşqdən sonra ağrılar hiss edib. Bu gün də fərqi qaydada məşq edəcək. Hazır olub-olmayacağı sabah günorta saatlarında bilinəcək".

Qeyd edək ki, "Qarabağ" - "Lex" matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Bu komandalar arasında Polşada keçirilən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right