Polşa mətbuatı "Lex"in "Qarabağ"a qarşı hansı heyətlə oynayacağından yazıb

Polşa mətbuatı Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin bu gün Poznanda keçiriləcək “Lex” – “Qarabağ” oyunu üçün ev sahiblərinin ehtimal olunan sxemi və start heyətilə bağlı proqnoz veriblər. 

Newsport.az xəbər verir ki, “TV Sport” “dəmiryolçular”ın baş məşqçisi Con van den Brom “Qarabağ” qarşısına matç zamanı 4-3-3-ə çevrilə bilən 4-2-3-1 sxeminə üstünlük verəcəyini iddia edib.

“Lex” mövsümöncəsi yoxlama görüşlərində məhz bu sxemdən istifadə edib. Polşalı həmkarlarımız van den Bromun meydana buraxacağı əsas heyətlə bağlı təxminlərini də qeyd ediblər. “TV Sport” jurnalistlərinin fikrinə görə “Lex”in “Qarabağ”la start heyəti aşağıdakı kimi olacaq: 

Artur Rudko – Joel Pereyra, Antonio Miliç, Lyubomir Şatka, Pedru Reboşu, Yesper Çelstrem, Radoslav Muravski, Adriel Ba Lua, Joau Amaral, Mixal Skoraş, Mikael İshak





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right