"Seltik"in kapitanı: "O, "Qarabağ"la görüşlərdə də qol vuracaq"

Şotlandiyanın "Seltik" klubunun kapitanı Skott Braun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyunlar öncəsi fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, o, öncə Fransanın "Renn" klubuna qarşı keçirdikləri yoxlama matçından danışıb:

"Komandamız yaxşı oyun keçirdi. Xüsusilə birinci hissədə yaxşı oyun sərgilədik. Düzdür, problemlər də var idi. Amma yoxlama oyunu olduğunu nəzərə alsaq, xüsusi qəm çəkməyə dəyməz".

"Biz ÇL-dəki növbəti oyunlarımız öncəsi heyəti yoxlamaq istəyirdik. Bilirik ki, bizə növbəti rəsmi oyunlarda hücum etmək lazımdır. Aydın məsələdir ki, yaxşı komandaya qarşı oynamaq çətin olacaq. Amma fikrimcə, "Renn"ə qarşı keçirdiyimiz oyunun faydası olacaq".

Bu oyunda fərqlənən Ley Qriffits son üç matçda beşinci qoluna imza atdı. Bu fakta toxunan Braun bəyan edib ki, o, "Qarabağ"la görüşlərdə də qol vuracaq: "Siz ona hədəfi göstərin, o, 2 və ya 20 yard məsafədə olmasından asılı olmayaraq, vuracaq. O, həmişə lazım olan vaxtda lazım olan yerdə olur. Top onun sol ayağına düşən kimi qol vurur. O, komandamız üçün az qol vurmayıb".

"Qarabağ"la oyunun vacibliyinə toxunan kapitan bunları söyləyib: "Qarşıda bizim daha iki gün məşq etmək şansımız var. Son məşqlərdə müdafiəni gücləndirmək üzərində çox çalışmışıq. Bunu son oyunlarımız da göstərdi. Bu oyunlar bizim üçün çox vacibdir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right