Çempionlar Liqasında 9 oyun YENİLƏNİR

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.

Günün ilə matçı Gürcüstanda keçiriləcək. Burada yerli "Dila" klubu Serbiya çempionu "Partizan"ı qəbul edəcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan "Dila" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Digər oyunlarda "Milsami" öz meydanında "Ludoqorets"i, "Makkabi" (Təl-Əviv) "Hibernians"ı, "Jalgiris" "Malmö"nü, "Vardar" APOEL-i qəbul edəcək. Günün son qarşılaşmasında "Kruzaders" (Şimali İrlandiya) və "Skenderbeu" (Albaniya) komandaları üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ"ın "Rudar"la cavab görüşü sabah keçiriləcək.

 

 

21 iyul

Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunları

17:30. "Dila" (Gürcüstan) - "Partizan" (Serbiya)
İlk oyun - 0:1

19:00. "Pünik" (Ermənistan) - "Molde" (Norveç)
İlk oyun - 0:5

20:00. "Milsami" (Moldova) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun - 1:0

21:00. HİK (Finlandiya) - "Ventspils" (Latviya)
İlk oyun - 3:1

22:30. "Makkabi" (Təl-Əviv, İsrail) - "Hibernians" (Malta)
İlk oyun - 1:2

23:00. "Linkoln" (Cəbəllürariq) - "Mitdilland" (Danimarka)
İlk oyun - 0:1

23:00. "Vardar" (Makedoniya) - APOEL (Kipr)
İlk oyun - 0:0

23:10. "Jalgiris" (Litva) - "Malmö" (İsveç)
İlk oyun - 0:0

23:45. "Kruzaders" (Şimali İrlandiya) - "Skenderbeu" (Albaniya)
İlk oyun - 1:4

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right