“Dortmunda böyük istək və həvəslə gəlmişik” – Lopeteqi

İspaniyanın “Sevilya” komandasının baş məşqçisi Xulen Lopeteqi Çempionlar Liqasında “Borussiya”ya (Dortmund) qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, UEFA-nın mətbuat xidmətinə danışan ispan mütəxəssis, Almaniyaya böyük istəklə gəldiklərini deyib:

“Dortmunda böyük istək və həvəslə gəlmişik. Bütün gücümüzlə mübarizə aparacağıq. Bu oyundan çox şey gözlənildiyini bilirik. Sıx qrafikdəyik və bunun bir sıra problemləri var. Əsas olan bu çətinliklərin öhdəsindən necə gəlməyinizdir. Çətin olacaq, lakin çalışacağıq.

Yaxşı futbolçuları olan güclü komandaya qarşı oynayacağıq. Rəqibin futbolçusu Erlinq Haland dünya səviyyəli bir hücumçudur”.

Bu gün keçiriləcək “Borussiya” – “Sevilya” matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda almanlar 3:2 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right