"Qarabağ"ın rəqibi məlum oldu

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi müəyyənləşib.

 

Newsport.az-ın məlumatına görə, I təsnifat mərhələsində evdə Lüksemburqun "Fola Eş" klubunu 2:0 hesabı ilə məğıub edən "Şerif" Ağdam təmsilçisinə rəqib olub.

 

“Şerif” (Moldova) - "Fola Eş" (Lüksemburq) - 2:0
Qollar:
 Anatol Abanq, 36, Andrey Lukiç, 80

Beləliklə, 1-ci təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini üstələyən (4:0) “Qarabağ” avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda “Şerif”i qəbul edəcək. Görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Şerif" artıq üçüncü dəfərdir avrokuboklarda "Qarabağ"a rəqib olur. Bundan əvvəlki görüşlərdə təmsilçimiz Moldova klubundan güclü olub. 2017/18 mövsümündə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şerif"i mübarizədən kənarlaşdıran (0:0, 2:1) Qurban Qurbanovun komandası növbəti dəfə Avroliqanın pley-offunda tiraspollularla üz-üzə gəlib. 2018/19 mövsümündəki duellərdə də "Qarabağ" üstün tərəf olaraq (0:1, 3:0) qrup mərhələsinə yüksəlib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right