Poçettino zəfəri şərh etdi: "Təşəkkürlər, futbol!"

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə səfərdə "Ayaks"a 3:2 hesabı ilə qalib gələrək, finala yüksələn "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, argentinalı mütəxəssis futbolçularını qəhrəman adlandırıb: "Danışmaq çox çətindir. İnanılmaz hisslər yaşayıram. Oyunçularımın hamısı qəhrəmandır. Bunu tez-tez deyirəm. İkinci hissədə möhtəşəm oynadıq. Futbolun içində olmasaydıq, bu hissləri yaşamaq imkansız idi. Təşəkkürlər, futbol!"

Poçettino matçda het-trik edən Lukas Mouranın performansından bu cür danışıb: "Oyunçularımın hər biri qəhrəmandır. Ancaq Moura super-qəhrəmandır!"





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah