Kasilyas dünya futbolunun tarixinə düşdü

İker Kasilyas dünya futbolunun tarixinə düşüb. 

Newsport.az-ın məlumatına görə, ispan qolkiper Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Şalke”yə qarşı keçirilən matçda start heyətində yer alıb. 

Bununla da “Portu”nun qapıçısı 20-ci mövsüm ÇL-də forma geyən ilk futbolçu olub.

Qeyd edək ki, Kasilyas qitənin 1 nömrəli klub turnirində 1999-cu ildə “Real”ın heyətində debüt edib. Geridə qalan müddətdə o, ÇL-də 168 oyuna çıxıb ki, bu, turnirin rekordudur. Eləcə də 3 dəfə yarışın qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right