BATE-nin yarımmüdafiəçisi: "Yaxşı komandanı mübarizədən kənarlaşdırdıq"

BATE Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Qarabağ"la evdə heç-heçə edib - 1:1. Bu nəticə ilə ÇL-in pley-offuna yüksələn Borisov təmsilçisi bu mərhələdə Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, oyundan sonra BATE-nin yarımmüdafiəçisi Yevgeni Yablonski fikirlərini bölüşüb:

"Biz nəticədən tam məmnunuq. Məqsədimiz pley-offa yüksəlmək idi. Bu işimizi tamamladıq. Davam etməliyik. "Qarabağ"la hər iki oyun kifayət qədər ağır oldu. Yaxşı komandanı mübarizədən kənarlaşdırdıq".

23 yaşlı futbolçu pley-off mərhələsində PSV-yə qarşı keçirəcəyi oyunlardan danışıb:

"Hər iki oyun çətin olacaq. Ancaq daha öncə də üst səviyyəli komandalarla görüşmüşük. Belə oyunların təcrübəsini qazanmışıq. Əsas öz oyunumuzu göstərməkdir. Oyunda düzgün strategiya qurmalıyıq."





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right