Almeydalı "Astana" evdə məğlub oldu

Millimizin üzvü Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Dinamo" klubunu qəbul edib.

Newsport.az-ın məlumatına görə, qarşılaşma Zaqreb klubunun meydan sahibləri üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda “Astana”nı çalışdıran Roman Qriqorçuk bu oyunda Almeydaya da şans verib. Millimizin üzvü 46-cı dəqiqədə meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Zaqrebdə keçiriləcək.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right