Di Françesko: "Yalnız, Məhəmməd Salahı saxlamağa çalışmayacağıq"

UEFA Çempionlar Liqasının ½ final matçında səfərdə “Liverpul”un qonağı olacaq “Roma”nın baş məqşisi Di Françesko oyun öncəsi mətbuat konfransı zamanı görüş haqda danışıb.

Newsport.az xəbər verir ki, rəqibin təhlükəli olduğunu deyən mütəxəssis bunları bildirib:

“Yalnız, Məhəmməd Salahı saxlamağa çalışmayacağıq. “Liverpul”un hücum xəttindəki digər iki oyunçu da çox təhlükəlidir”.

“Roma”dan “Liverpul”a transfer olan Salaha baş məşqçilik etmək istəyərsinizmi? Sualına, 48 yaşlı çalışdırıcı belə cavab verib: “Salah artıq “Roma”nın oyunçusu deyil. Heyətimizdə Cengiz Ündər kimi istedadlı futbolçular var. Cengizə güvənirəm. O, çox istedadlı və texnikalı oyunçudur”.

Qeyd edək ki, “Liverpul” “Roma” matçı bu axşamŞ Bakı vaxıyla saat 22:45-də start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right