“Bavariya” “Real" oyununu idarə edəcək hakimlər müəyyənləşib

Çempionlar Liqasının 1/2 final mərhələsində üz-üzə gələcək “Bavariya” və “Real" oyununu idarə edəcək hakimlərin adına aydınlıq gəlib. 

Newsport.az xəbər verir ki, görüş hollandiyalı hakimlər briqadasına həvalə olunub. Belə ki, oyunun baş hakimi Byörn Kuypers olacaq. Ona  yan xətdə Sander Van Rukel, Ervin Zeystra, əlavə köməkçi hakim kimi isə Pol Van Bukel və Dennis Xiqler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Çarlz Sxaap yerinə yetirəcək.

Qeyd edək ki, aprelin 25-də Münhendə keçiriləcək “Bavariya” - “Real” matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right