"Onları əvəzləyə biləcək futbolçularımız var" - Maksim Medved

Çempionlar Liqasında qrup mərhələsinin son turunda sabah “Roma” ilə qarşılaşacaq “Qarabağ”ın baş futbolçusu Maksim Medvedev oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın Romaya ezam olunan müxbirinin verdiyi xəbərə görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:

- Son oyunumuza gəlmişik. Rəqibi tanıyırıq, təzyiqsiz meydana çıxacağıq. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. “Roma” üçün hər şey bizimlə oyundan sonra bilinəcək.

- Sabahkı oyunda “Qarabağ”ın bir neçə müdafiəçisi oynaya bilməyəcək. Bu problemi necə yoluna qoyacaqsınız?
- “Qarabağ”ın 2 ən təcrübəli müdafiəçisi yoxdu. Amma onları əvəzləyə biləcək futbolçularımız var. “Roma” kimi rəqiblə hər dəfə oynamaq imkanımız olmur, amma həvəsli futbolçularımız var. Məhz bu həvəs sayəsində oynaya bilməyənlərin yerini sığortalaya bilərlər.

- Uzun illərdi “Qarabağ”dasan, yetərincə beynəlxalq təcrübən var. Karyeranı ölkə xaricində davam etdirmək istəyirsənmi? Ümumiyyətlə, hansısa təklif almısanmı?
- 5 ilə yaxındı Avropa səviyysəində çıxış edirik. İldən-ilə təcrübəmiz artır. Böyük klublara qarşı başabaş mübarizə aparırıqsa, digər futbolçular da Avropada çıxış edə bilər. Oyunlarmızı skautlar izləyir. Təkliflərin gəlməyi normal haldı.

- Karyeranboyu “Qarabağ”da çıxış etmisən, Rəşad Sadıqovun yoxluğunda meydana kapitan kimi sən çıxacaqsan. Onun yoxluğunu necə ifadə edə bilərsən?
- Onun yoxluğu böyük itkidi. Rəşadın varlığı bizim üçün motivasiya olur. Sabah çalıaşcam ki, Sadıqov kimi rəftar edib, komanda yoldaşlarıma dəstək olum, mübarizə aparaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right