"Qarabağ" "Roma"ya uduzdu Yenilənib

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna yekun vurulacaq.

Newsport.az-ın
məlumatına görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxacaq.

Qurban Qurbanovun komandası İtaliyanın “Roma” klubunu qəbul edəcək. Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının əsas mərhələsinin ölkəmizdə keçirilən ilk oyunu kimi əlamətdardır.

Oyun üçün satışa çıxarılan 67 min 500 biletin hamısının satılması “Qarabağ”ın güclü azarkeş dəstəyinin olacağından xəbər verir. Matçın favoriti qonaqlar olsa da, Ağdam təmsilçisinin doğma meydanda, güclü azarkeş dəstəyi qarşısında yaxşı nəticə qazanacağına da ümid edənlər az deyil.

Qeyd edək ki, qrupun digər oyununda “Atletiko” “Çelsi”ni qəbul edəcək.


27 sentyabr

Çempionlar Liqası

Qrup mərhələsi, 2-ci tur

C qrupu

20:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) - 1:2 
Qol: 
Kostas Manolas, 7, Edin Ceko, 15, Pedro Enrike, 29 (1:2)
Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Bakı Olimpiya Stadionu 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right