"Qarabağ" - "Kopenhagen" matçının biletləri nə vaxt satışa çıxarılacaq?

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" Danimarkanın "Kopenhagen"  klubunu qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, avqustun 12-də oyunun biletləri satışa çıxarılacaq. Oyunun biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılacaq.

Biletlərin qiyməti nömrəli sektorlara 1, 2, 3, 5, 10 manat, VİP sektoruna isə 50 manatdı.

Qeyd edək ki, "Qarabağ" – “Kopenhagen" görüşü avqustun 15-də keçiriləcək və saat 20:00-da başlayacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right