"Qarabağ" - "Samtredia" matçına nə qədər bilet satılıb?

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində doğma meydanda Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, qarşılaşmanın keçiriləcəyi artıq Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında biletlər satışa çıxarılıb. Satışın ilk günündə 3500 bilet satılıb. Bilet satışı sabah saat 10:00-dan etibarən davam edəcək.

Qeyd edək ki, "Qarabağ" - "Samtredia" görüşü 11 iyul tarixində saat 21:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right