"Hələ heç nə qazanmamışıq" - Alleqri

"Oyunçularıma görə sevinirəm. Onlar finala çıxdılar, amma sabahdan etibarən yenidən hazırlaşmaq lazımdır. Çünki hələ heç nə qazanmamışıq. Tərifə ehtiyacım yoxdur. Çünki bu, mənim işimdir".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının yarımfinalında "Monako"ya 2:1 hesabı ilə qalib gələrək finala çıxdıqları oyundan sonra deyib.

"Buffon haqlıdır, onun dediyi kimi finala çıxmaq bir şey qazanmaq deyil. Finalda qalib gəlməliyik. Ümid edirəm ki, bu il Çempionlar Liqasının qalibi olacaq. Bunun üçün böyük şansımızın olduğunu düşünürəm".

O, finalda daha yaxşı oynamalı olduqlarını vurğulayıb: "Amma bu oyundan əvvəl "Roma"ya qalib gəlməliyik. Ardınca, İtaliya kubokunun finalında "Latso"nu məğlub etməliyik".

M.Alleqri 2 oyundan ibarət olan mərhələlərin daha çətin olduğunu söyləyib: "Bir oyun olduqda isə daha çox bəzi nüanslara diqqət etməlisən. Çünki final matçlarında nüanslar böyük fərq yaradır".

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right