Mbappe ÇL-də ilkə imza atdı

“Monako”nun futbolçusu Kilian Mbappe Çempionlar Liqasında ilkə imza atıb. 
Newsport.az-ın məlumatına görə, 19 yaşlı futbolçu ÇL-nin 1/4 final mərhələsinin ilk oyununda “Borussiya”ya qarşı matçda dubl edərək qitənin ən nüfuzlu klub turnirinin pley-of mərhələsində 4 qol vuran ən gənc oyunçu olub.
 
Fransalı hücumçu  daha əvvəl 1/8 final mərhələsinin “Mançester Siti” ilə hər iki oyununda bir dəfə fərqlənmişdi.

Qeyd edək ki, Fransa millisinin üzvü  2015-ci ildən “Monako”da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right