Çempionlar Liqası: Ən yaxşı futbolçu məlum oldu

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, azarkeşlər arasında aparılan sorğuya əsasən, "Barselona"nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib. O, səslərin 38 faizini toplayıb. Argentinalı ulduz ən yaxın izləyiciləri “Bavariya”lı Coşua Kimmix (27 faiz) və “Lester”li Riyad Mahrezdən (15 faiz) üstün olub.

Qeyd edək ki, L.Messi "Seltik"ə qarşı Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda bu həftə keçirilən görüşdə (7:0) 3 qol vurub, 1 qolun ötürməsini verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right