"Neftçi" bu oyunun favoritidi" - "Şkendiya"nın oyunçusu

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda sabah "Neftçi"ylə qarşılaşacaq "Şkendiya"nın vitse-kapitanı Ardian Cuculi oyunöncəsi mətbuat konfransında matçla bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, "Neftçi"ni favorit saydığını deyib:

"Neftçi" bu oyunun favoritidi. Şansımızı sınayıb, yaxşı oyun sərgiləməyə çalışacağıq. "Neftçi"nin bu yarışda təcrübəsi var və büdcəsi çoxdu. Buna görə, rəqibi favorit sayıram. Amma biz də bura futbol oynamağa gəlmişik. Sürpriz nəticəyə imza atmaq istəyirik. İslandiyanın etdiyini biz də etmək niyyətindəyik. "Neftçi" "Baltsan"a ilk oyunda səfərdə qalib gəlmişdi. Bəlkə də, cavab oyunundakı məğlubiyyətə arxayınlıq səbəb olub".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right