"Xahiş edirəm ki, "Düdelanj"ı zəif adlandırıb, bizi arxayın salmasınlar"

"2:0 udduq, amma bu, hələ heç nə demək deyil. Cavab oyunu var. Lüksemburqda bizə kifayət qədər çətin olacaq"

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev "Düdelanj"la matçdan sonra açıqlamasında deyib.

O, Çempionlar Liqasının ilk qarşılaşması barədə fikirlərini söyləyərkən, qeyd edib ki, rəqibi kiçiltmək yolverilməzdi: "Mən jurnalistlərdən, azarkeşlərdən də xahiş edirəm ki, "Düdelanj"ı zəif adlandırıb, bizi arxayın salmasınlar.

Bu gün necə oynadıqsa, çalışacağıq ki, səfərdə bundan da güclü motivasiya ilə mübarizə aparaq. Ən azından, hesab arasındakı fərqi qoruyaq. Qurban müəllim "Düdelanj"ın ev oyunlarında daha təhlükəli olduğunu bizə deyib".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right