Azərbaycan klubları üçün ÇL-in qrup mərhələsi əlçatmaza çevrilir

Yaxın gələcəkdə Azərbaycan klublarının UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamaq arzusu əlçatmaza çevrilə bilər.

Newsport.az-ın məlumatına görə, buna səbəb UEFA rəhbərliyinin qitənin ən nüfuzlu klub turnirinin formatında dəyişikliklər etmək qərarına gəlməsidir.

Əsas variantlardan biri qrup mərhələsinin iştirakçılarının sayını azaltmaqdır. Belə ki, dəyişikliyə əsasən bundan sonra ÇL-in qrup mərhələsində 32 yox, 16 klub iştirak edə bilər. Eyni zamanda iştirakçılar 8 yox, cəmi iki qrupda mübarizə aparacaqlar. Hər qrupda 8 komanda mübarizə aparacaq. Belə olan halda qrup mərhələsində oyunların sayı daha çox olacaq və bu mərhələyə dekabrda yox, yeni ildən sonra yekun vurulacaq. UEFA rəhbərliyi belə hesab edir ki, bununla ÇL-ə olan marağı daha da artıracaqlar və gəlirləri də çoxalacaq.

Bu dəyişikliyin tətbiqinə 2017-18 mövsümündən sonra start verilməsi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right