“Komanda bugünkü kimi oynayanda həzz alıram” Dieqo Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Dortmund “Borussiya”sı üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Newsport.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı mütəxəssis bu mərhədəki bütün matçların çox çətin olduğunu bildirib:

“Fikirləşirəm ki, bu mərhələdəki bütün matçlar çox çətin olur. Çətin rəqiblə mübarizə aparırıq. Düşünürəm ki, birinci hissədə daha yaxşı idik. 70-ci dəqiqəyə qədər əla oynadıq. Uşaqlar matça nəzarət etdilər və üstünlüklərini artıra bildilər. Ancaq “Borussiya” yenidən oyuna qayıtmağı bacardı, onların əla oyunçuları var.

Qələbələr məni sevindirir. Komanda bugünkü kimi oynayanda həzz alıram. 15 gün oyun təcrübəsi olmayandan sonra narahat idik, matçın necə keçəcəyini bilmirdik, amma hər şey yaxşı oldu. Rəqibə təzyiq göstərə bildik, tez-tez meydanın rəqibə aid hissəsində top qazandıq. İndi biz onları nə gözlədiyini başa düşərək səfərə gedəcəyik”.

Cavab matçı bir həftə sonra, aprelin 16-da Dortmundda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right