“Bayern”ə qarşı çox yaxşı oynadığımızı düşünürəm” Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Bayern”lə oyundan (0:1) danışıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis komandasının uduzmağa layiq olmadığını bildirib:

“Yaxşı matçlarımız oldu, lakin onlar kifayət etmədi. “Bayern”ə qarşı çox yaxşı oynadığımızı düşünürəm. Uduzmağa layiq deyildik, amma yenə də oyunu uduzduq. Müdafiəmizi təşkil etməkdə çox uğurlu idik və pressinqdə də çox yaxşı idik. Güclü rəqibə qarşı oynadıq. “Bayern” oyun yaxşı getməyəndə belə, düzgün anı təşkil etməyi bacaran oyunçularının yüksək fərdi bacarığına malikdir. Təəssüf ki, belə oldu. Futbolçular hər şeylərini verdilər”.

“Qırmızı şeytanlar” 4 xalla A qrupunu sonuncu pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right