"Qəbələ" "Olimpiakos"a məğlub oldu

UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ” turnirin II mərhələsinin cavab oyunu çərçivəsində Yunanıstanın “Olimpiakos” komandası ilə qarşılaşıb.

Newsport.az xəbər verir ki, “Georgios Karaiskakis” stadionunda keçirilmiş qarşılaşma 4:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Təmsilçimiz bununla da mübarizəni dayandırıb.

Qeyd edək ki, Qəbələdə baş tutmuş ilk görüş yunanların 3:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right