“Atletiko”nun səviyyəsi bizim səylərimizdən üstün idi”

“Seltik”in baş məşqçisi Brendan Rocers Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Atletiko”ya məğlubiyyətdən (0:6) danışıb.

Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis rəqibin problem yaradan yüksək səviyyəli hücumçularının olduğunu bildirib:

“Oyunçular əllərindən gələni etdilər, lakin “Atletiko”nun səviyyəsi bizim səylərimizdən üstün idi. Hər bir komandada sizə problem yarada biləcək yüksək səviyyəli hücumçular var və bu gün biz bunu açıq şəkildə gördük”.

“Seltik” 4 turdan sonra 1 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right