"Zirə"nin Türkiyədəki rəqiblərindən biri bilindi

"Zirə"nin Türkiyədə təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi rəqiblərindən biri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Rumıniyanın 1-ci liqa təmsilçisi “Hermanştadt”la qarşılaşacaq. Bu barədə sözügedən klubun saytı məlumat yayıb. Lakin matçın dəqiq vaxtı açıqlanmayıb.

Qeyd edək ki, "Zirə" iyunun 24-dən iyulun 7-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı keçəcək. Toplanış çərçivəsində komanda 2 yoxlama oyunu keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right