"Qarabağ" klubu haqqında kitabın ingilis versiyası satışa çıxarılıb

İtaliyalı yazar Emmanuele Culianellinin "Qarabağ" klubu haqqında yazdığı kitabın ingilis versiyası satışa çıxarılıb.
 
Newsport.az-in məlumatına görə, yazar bu barədə tviterdə paylaşım edib.
 
Həmin kitabın onlayn versiyasını müxtəlif platformalarda əldə etmək mümkündür.
 
“Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabına 16,99 funt sterlinq (təxminən 35 manat) qiymət qoyulub.
 
Qeyd edək ki, Emmanuele Culianelli bu kitabı 2018-ci ildə italyan dilində təqdim edib. İngilis versiyası isə bu ilin martında işıq üzü görüb.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah