Ukraynalı vinger "Sabah"da ilk qolunu vurdu

Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.

 

Newsport.az xəbər verir ki, “Sabah” bu turda evdə “Sumqayıt”la heç-heçə edib (2:2). Bu görüş paytaxt təmsilçisinin ukraynalı vingeri Aleksey Kaşuk üçün əlamətdar olub.

 

Belə ki, 21 yaşlı futbolçu qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 6-cı dəqiqədə fərqlənərək, komandada ilk qoluna imza atıb. Kaşuk buna “Sabah”da 7-ci matçında nail olub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah