AFFA-dan millimizin keçmiş oyunçusu ilə bağlı yeni qərar

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Səbail” klubunun müraciətinə baxıb. 

Newsport.az qurumun saytına istinadən yaydığı xəbərə görə, klubun apellyasiya şikayəti təmin edilməyib.

Qərara əsasən, AFFA İntizam Komitəsinin 08.04.2022-ci il tarixdə “Səbail” futbol klubunun seleksioneri Ramal Hüseynov barəsində verdiyi 2 il müddətinə yarışlardan kənarlaşdırılma cəzası qüvvədə saxlanılıb.

Daha öncə açıqlanan İntizam Komitəsinin qərarında bildirilib ki, R.Hüseynov stadiona giriş qadağası olmasına baxmayaraq, Gənclər Liqasında "Qarabağ"la oyunda meydana daxil olub və hakimlər briqadasını təhqir edib. O, daha əvvəl ROFM klubu ilə matçda hakimi təhqir etdiyi və referiyə hədə-qorxu gəldiyi üçün 15 matçlıq cəza almışdı.

Xatırladaq ki, R.Hüseynov 2000-ci illərin əvvəllərində Azərbaycan millisində oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right