"Araz Naxçıvan" Ərzurumda növbəti yoxlama oyununu keçirib FOTOLAR

Gələn mövsümdən Azərbaycan birinci divizionunda mübarizə aparacaq "Araz Naxçıvan" hazırda Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışındadı.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi Türkiyədə toplanışı çərçivəsində ikinci yoxlama görüşünü keçirib. İlk matçda "Yakutyaspor"u 3:1 hesabı ilə məğlub edən naxçıvanlılar bu gün Ərzurumun yığma komandası ilə qarşılaşıb. Görüş 0:0 hesabı ilə sona çatıb.

Hazırda "Araz Naxçıvan" Region Liqasının final mərhələsində yer alıb. Klub mayın 6-da Türkiyədəki toplanışını başa vuraraq ölkəyə qayıdacaq. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right