“Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarıldı

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində aprelin 29-da keçiriləcək “Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarılıb.

Newsport.az xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 20:30-dək işləyəcək.

“Bakcell Arena”da baş tutacaq sözügedən qarşılaşmaya saat 20:30-da start veriləcək. Bu komandalar arasındakı ilk oyun 0:0 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right