"Sabah" afrikalı hücumçu ilə 3 illik müqavilə bağladı

“Sabah” komandada icarə əsasında çıxış edən Tiemoko Fofananın transfer hüququna yiyələnib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbə verir ki, futbolçunun keçidi ilə bağlı Finlandiyanın “İlves” klubuyla razılığa gəlinib. 21 yaşlı hücumçunun özü ilə isə yeni, 3 illik müqavilə bağlanıb.

Fil Dişi Sahilindən olan futbolçu bu ilin yanvar ayında “İlves”dən icarəyə götürülmüşdü. Fofana cari mövsümdə Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qola imza atıb.

 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right