Elmar Baxşıyev: "Qarabağ" bu oyuna daha ciddi hazırlaşmışdı"

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” matçından (0:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə, 41 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

“Oyunun bizim üçün çətin olacağını bilirdik. Evdə oynamağımıza baxmayaraq, çempionatın lideri olan  “Qarabağ”la qarşılaşırdıq. Bu komandaya qarşı “Qarabağ” imkan verdiyi qədər oynamaq mümkündür. İlk oyun daha dinamik keçmişdi. Görünür ki, rəqib bu oyuna daha ciddi hazırlaşmışdı. “Qarabağ” bizə hücum etməyə imkan vermirdi. Rəqib meydanın bizə aid hissəsində pressinq edirdi. Bu pressindən çıxmaq çətin idi. “Qarabağ” cütün favoriti idi. Rəqib layiqli qələbə qazandı və növbəti mərhələyə adladı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right