"Sabah"da ukraynalı futbolçu

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirir.

 

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı yarımmüdafiəçi Dmitri Klotsla anlaşıb. “Keşlə”dən ayrıldıqdan sonra ölkəsinə qayıdan 24 yaşlı oyunçu artıq dünən Bakıya gəlib. Tərəflər bu gün və ya sabah müqaviləyə imza atmalıdı.

 

Mövsümün ilk yarısını “Keşlə”də keçirən Klots daha yaxşı təklifləri olduğu üçün klubun yeni müqavilə təklifini qəbul etməmiş, ordan ayrılmışdı. O, keçmiş komandasında 14 matçda 1 qol vurub. Klots daha əvvəl ölkəsində yalnız “Karpatı”da oynayıb. O, Ukrayna U-19 millisinin formasını geyinib (futbolpress.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right