"Qarabağ"ın sabiq futbolçusu Danimarka çempionu ilə anlaşdı

2019/2020 mövsümündə "Qarabağ"da çıxış etmiş Almaniyanın "Ştutqart" klubunun futbolçusu Ailton Silvanın yeni klubu müəyyənləşib.
 
Newsport.az "Ekstrabladet" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı cinah müdafiəçisi Danimarkanın "Midtüllan" klubu ilə müqavilə imzalayacaq.
 
Braziliyalı oyunçu mövsümün sonuna kimi icarə əsasında ölkə çempionunun formasını geyinəcək. "Midtüllan" bu keçid üçün qarşı tərəfə ödəniş etməyəcək.
 
Qeyd edək ki, "Qarabağ"da icarə əsasında oynamış Ailton Silva 2015/2016 mövsümündə "Neftçi"nin formasını geyinib. Onun "Ştutqart"la müqaviləsi yayda başa çatır.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right