Millimizin müdafiəçisi Münhendə əməliyyat olundu

Futbol üzrə Azərbaycan yığmasının və “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadə qasıq nahiyyəsindəki ikitərəfli yırtıqdan əməliyyat olunub.
 
Newsport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Almaniyanın Münhen şəhərindəki “Arabella” klinikasında aparılmış əməliyyat uğurlu keçib. Hazırda futbolçu özünü yaxşı hiss edir.
 
Həkimlərin rəyinə əsasən, Bəhlul 5 həftə sonra məşqlərə başlaya biləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right