"Neftçi" mənə daha konkret təklif irəli sürdü, gəldim" Sabir Buqrin

"Ötən mövsüm "Düdelanj"ın heyətində Avropa Liqasının qrup mərhələsinin 6 oyunundan 5-də meydanda oldum. Məhz "Qarabağ"la matçlardan sonra "Neftçi"nin maraq dairəsinə düşdüm".

Newsport.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Sabir Buqrin "hln.be" saytına açıqlamasında "ağ-qaralar"a keçidi barədə danışarkən deyib.

Belçikalı yarımmüdafiəçi ötən yay flaqmanla yanaşı, daha bir neçə klubdan təklif aldığını bildirib: "Onların arasında "Lyers" komandası da var idi.

Amma həmin vaxt tam olaraq, koronavirus böhranının içində idik və "Neftçi" daha konkret təklif irəli sürmüşdü. Özümə güvənib, idman baxımından irəli addım atmağı seçdim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right